“Donuz qripi”nə qarşı vaksin yoxdur - Baş epidemioloq

"Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz".

Metbuat.az xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, "donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

"Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur" deyən baş epidemioloq bildirib ki, 2006-cı ildən indiyədək ölkəmizdə kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb və ölkədə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür:

"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR