​“Gənc mütaliəçilər klubu” layihəsinin təlimləri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənc mütaliəçilər klubu” layihəsinin təliminə Biləsuvar rayon Gənclər evində açılış sözü ilə çıxış edən Firuzə Xammədova layihə haqqında Azərbaycan dili və ədəbiyyat müəllimlərinə geniş məlumat verib.

Metbuat.az xəbər verir ki, o, məktəblərdə şagirdlərin oxu bacarıqlarının artırılması istiqamətində ciddi addıma çevrilən “Gənc mütaliəçilər klubu” layihəsinənin olduqca önəmli olduğunu bir daha vurğulayıb.

08,09,10 yanvar 2019-cu iltarixlərində davam edən təlimlərə yekun vurulub. Təlimlərdə layihə rəhbəri Firuzə Xammədova, təlimçi Bəhruz Nəbili, ekspert Rauf Nuri,Aqil Bəşirov və Biləsuvar Rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Ağazadə, rayonun ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxana müdürləri və digər qonaqlar iştirak edib.

Təlimçi Bəhruz Nəbili təlim haqqında ətraflı məlumat verərək layihənin istiqaməti və oxu bacarıqlarının yüksək təşkili metodikası haqqındaiştirakçılara açıqlamalar verib.

Təlimdə iştirak edənlər xüsusi aktuallıq nümayiş etdirərək öz fikirlərini qarşılıqlı formada bildirib.

Təlimin sonunda layihə rəhbəri Firuzə Xammədova “Gənc mütaliəçilər klubu” layihəsinə dəstək verən Biləsuvar Regional Mədəniyyən idarəsi, Rayon Gənclər və İdman İdarəsinin rəsi Aqşin Bağırova, Gənclər evində klub üzvlərinə yaratdığı şəraitə görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rufulla Şükürova ilk dəstəyi göstərərərək klub üzvlərinə hədiyyə etdiyi kitablara görə xüsusi təşəkkürünü bildirib.

Sonda lahiyənin məktəblərdə aparılacağı və davamlı olacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR