DİQQƏT! Bu avtomobillərin qiyməti BAHALAŞACAQ - Təqribən...

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb.

"Vergilərin artırılması avtomobil bazarında qiymətləri yüksəldəcək".

Bu sözləri Metbuat.az saytına açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, bu il yenidən qiymət artımı gözlənilir:

“2018-ci ildə avtomobil bazarında bahalaşma tələb və təklif məsələsiylə bağlıydı. Belə ki, ötən il bazarda avtomobilə tələbat çox, təklif isə az idi. 2019-cu ildə avtomobil bazarında bahalaşma aksiz vergilərinin artırılması səbəbiylə yaranacaq. Bilirsiniz ki, aksiz vergiləri artırıldı. Vergilərin artırılması avtomobil bazarında qiymətləri yüksəldəcək.

Qiymətlərin neçə faiz artacağını öncədən söyləmək çətin məsələdir. Amma deyə bilərəm ki, təqribən mühərrik həcmi 2000 kub santimetrə qədər olan avtonəqliyyat vasitələrində təqribən 1000-1500 manatadək qiymət artımı gözlənilir. Mühərrik həcmi böyük olan nəqliyyat vasitələrində isə bu rəqəmlər daha böyük artımlarla müşahidə olunacaq”.

Qeyd edək ki, ən aşağı aksiz dərəcəsi, mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Bu il neftə olan tələb 60 dolları dəstəkləyəcək" - İqtisadçıdan ŞƏRH – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR