Gürcüstan Prezidenti maaşından imtina edib

Gürcüstan Prezidenti maaşından imtina edib
19:22 11 Yanvar 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 11 yanvar. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili əməkhaqqından imtina edib.
"Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə dövlət başçısı keçirdiyi mətbuat konfransında bildirib.
O, Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib: "Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın. İlkn növbədə, mən əməkhaqqımı həmin fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-prezidenti-maasindan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR