Mərasimdə Monika Belluççi zərifliyi - FOTO

Mərasimdə Monika Belluççi zərifliyi - FOTO
07:12 13 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

54 yaşlı Monika Belluççi "Eyforiya" filminin Parisdə İtaliyanın mədəniyyət institutunda baş tutan xüsusi nümayişini izləməyə gedib.Milli.Az xəbər verir ki, aktrisa gecəyə tünd göy kostyumda təşrif buyurub. Obrazını qara bluz və qara zamşa ayaqqabı ilə tamamlayan ulduz olduqca eleqant görünüb. Akssesuardan imtina edən aktrisa bəzək əşyalarının obrazını ağırlaşdırmasına imkan verməyib. Kino ulduzunun üslubunda minimalizm öz sözünü deyib.Ekran işinin nümayişindən sonra İtaliya səfirliyi Monikanı şam yeməyinə dəvət edib.Qeyd edək ki, aktrisa bu yaxınlarda 36 yaşlı rəssam Nikolas Lafevrla sevgili olması xəbərləri ilə gündəmə gəlmişdi. Aşiq cütlük Paris küçələrində öpüşərkən kameralara yaxalanmışdı. (publika.az)Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/720615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR