Riçard Almeyda: "Qarabağ" üçün ən yaxşısını etməyə çalışacağam"

Riçard Almeyda: "Qarabağ" üçün ən yaxşısını etməyə çalışacağam"
07:48 13 Yanvar 2019
67 İdman
Ölkə mətbuatı
A- A+

"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir".

Publika.az xəbər verir ki, bunu Qazaxıstan "Astana"sından "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.

Əslən braziliyalı yarımmüdafiəçi Ağdam komandasına dönüşünün səbəbini açıqlayıb: "Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, Riçard Almeyda hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindədir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/266019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR