"Əsas məsələ hər şəraitdə insan qalmağı bacarmaqdır" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızıdır.

- Niyə varsan?

- Çünki yaradılmışam, yaşamaq şansı verilən insanlardan olduğum üçün xoşbəxtəm.

- Niyə yox olacaqsan?

- Həyatın qanunu belədir – bir gün var olan, bir gün yox olmalıdır…

- Niyə yazırsan?

- Yazmaqdan daha çox danışıram doğrusu. Yazmaqsa düşüncələrimin kağız üzərində əksidi, ancaq nadir hallarda yazıram.


- Yaşamaq nədir?

- Yaşamaq çox gözəldir – bütün gözəl duyğuları dadmaq imkanı…


- Ölüm nədir?

- Reallıqdır – Yer üzərindəki misiyamızın və zamanımızın sonu.

- Ədalət nədir?

- Ən mükəmməl ədalət insanın öz vicdanıdır.

- Azadlıq nədir?

- Mənə görə, azadlıq məsuliyyətdir, özbaşınalıq deyil.

- Yaradıcılıq nədir?

- İnsanın özünüifadə forması.


- İnsan kimdir?

- Yaradılmışların ən alisi və gözəli, əsas məsələ hər şəraitdə insan qalmağı bacarmaqdır.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI