Mayveyzerdən döyüş üçün fantastik tələb

Məşhur boksçu Floyd Mayveyzer qəfəs döyüşünə başlaya bilər.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 41 yaşlı boksçunun 3 və ya 4 oyunluq rinqə çıxacağı bildirilir. O, bu döyüşlər üçün 1 trilyon dollar istəyib:

“UFC ilə yaxın zamanlardan razılaşa bilərək. Qəbul edərlərsə, 1 trilyon dollar qarşılığınd bu iş olar. Açıq danışmaq lazımdırsa, möhtəşəm həyatım var. Həyatım boyunca mənə kifayət edəcək qədər pulum var”.

Qeyd edək ki, Mayveyzerin sərvətinin 1,07 milyard dollar olduğu bildirilir. O, sonuncu dəfə 2017-ci ilin avqustunda Konor Makqreqorla döyüşdən sonra 285 milyon dollar qazanmışdı. 48 döyüşə çıxan boksçu heç birində məğlub olmayıb.

O, daha öncə verdiyi açıqlamasında 2019-cu il ərzində dağıstanlı Həbib Nurməhəmmədov və daha öncə məğlub etdiyi Konor Makqreqorla qarşılaşacağını bildirmişdi.

Kimlərin maaşı artacaq? - DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR