Bütün dünya bu görüntülərdən danışır - Polis üzr istədi/ FOTO

İndoneziya polisi mobil telefon oğurluğunda günahlandıran bir adamın sorğusunda ilanla qorxudulduğu görüntülərin internetdə yayımlanmasından sonra üzr istəyib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Şərqi Papau bölgəsindəki bir məntəqədə çəkildiyi bildirilən videoda, bir polis məmuru ən az 2 metr boyunda olduğu güman edilən ilanı əlləri arxadan bağlanmış şübhəlinin boynuna keçirmişdi.

Adı açıqlanmayan şəxs fəryad atarkən polis məmurlarının baxıb güldükləri eşidilirdi.

Sorğunun bir mərhələsində polis məmuru ilanı şübhəlinin üzünə tutur, heyvanı ağzına və şalvarının içinə salacağı ilə təhdid edir.

Yerli polis əməkdaşı Tonny Swadaya, ilanın "zəhərsiz" olduğunu bildirərək "amma bu peşəkar bir davranış deyil. Hadisədə öz başlarına hərəkət edən polis məmurları ən sərt şəkildə cəzalandırıldı" deyib..

İstintaqı aparan polis məmurunun isə davranış kursuna göndərildiyi və başqa yerə təyin edildiyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR