Türkiyədə oxuyan ilk azərbaycanlı tələbələrdən DGK sədri SƏFƏR MEHDİYEV

Türkiyə Cümhuriyyətinin SSRİ-nin dağılmasından sonra başlatdığı "Böyük Tələbə layihəsi" çərçivəsində Türkiyədə oxuma fürsəti qazananlardan biri də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, "Böyük Tələbə layihəsi" çərçivəsində Türkiyəyə tələbə göndərən ölkələrin başında Azərbaycan gəlir. 1992-ci ildən bu günədək 125 mindən çox azərbaycanlı Türkiyədə məzun olub. Onların içərisində nazirlər, nazir köməkçisi, millət vəkilləri, baş həkimlər, rektorlar və bir çox önəmli vəzifələri icra edən şəxslər yer alıb.

Azərbaycandan Türkiyəyə göndərilən ilk tələbələr arasında Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də yer alıb.

Səfər Mehdiyev Ege Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsi Beynəlxalq Münasibətlər bölümündən 1998-ci ildə məzun olub. Məzun olduqdan sonra 1999-cu ildə Dövlət Gömrük Komitəsində müxtəlif sahələrdə fəaliyyət göstərib.

Səfər Mehdiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin aprel ayının 23-dən Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR