Joze Mourinyo Rusiya televiziyasında veriliş aparacaq

Joze Mourinyo Rusiya televiziyasında veriliş aparacaq
18:05 11 Fevral 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo televiziyada işləməyə başlayacaq.Milli.Az "report"a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis mart ayından Rusiyanın RT ("Russian Today") telekanalında "Joze Mourinyonun Diqqət mərkəzində" adlı şou aparacaq.O, həmin proqramda gələcək oyunlar baradə proqnozlar verəcək və Çempionlar Liqasının pley-off qarşılaşmalarına dair ekspert kimi fikirlərini bölüşəcək."2018-ci il dünya çempionatını RT-də işıqlandırmaq mənim üçün böyük təcrübə idi. Belə möhtəşəm kollektivlə işləməyə davam edə bildiyim üçün çox xoşbəxtəm".Qeyd edək ki, bir neçə gün əvvəl Joze Mourinyonun yenidən İtaliyanın "İnter" klubuna rəhbərlik edə biləcəyi yazılıb. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR