Sevib-sevilənlərin günü- "14 fevral" - Bəs məşhurlar nə hədiyyə edəcək ? / SORĞU

“14 fevral sevgililər günü” - yenə şəhərimizi oyuncaq ayılar və gül buketləri bəzəyəcək. Bu gün sevgilisi olanlar üçün bir, olmayanlar üçün ayrı bir mövzudur. Təbii ki,məsas məsələ hədiyyədir.

Metbuat.az məşhurlarla danışıb və sözügedən gün haqqında sorğu keçirib. Bəs gəlin görək bizim tanınmışlar nə hədiyyələr almağı düşünür və ya gözləyir ?

Aparıcı Murad Əzimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, hədiyyə seçimi etməyi yaxşı bacarmır: “Sevgililər gününə müsbət baxmıram ona görə ki, bir adam sevirsə ona xüsusi bir gün lazım olmadığını düşünürəm. Sevginin günü olmaz, sevirsənsə deməli hər gün özəldir. Hədiyyə gözləmirəm. Hər nə qədər hədiyyə adamı xoşbəxt etsə də heç vaxt gözləməmişəm ki, kimsə mənə hədiyyə versin.”

“Yadımdan çıxmışdı ki, sevgililər günüdür”.

Bu sözləri müğənni Xuraman Şuşa açıqlamasında bildirib və əlavə olaraq deyib: “ Biz xanımlar adətən qarşı tərəfdən hədiyyə gözləyirik və düşünürük ki, özümüz kişilər üçün hədiyyəyik. Hələ heç bir hədiyyə haqqında düşünməmişəm. Mənim həyat yoldaşım böyük bir iş adamı olsa idi əlbəttə böyük bir hədiyyə gözləyərdim ondan, amma mən ailə quranda hər şeyi bilirdim və gözlədiyim də böyük bir hədiyyə deyil.Həyat yoldaşımın yanımızda olmağı, övladlarımıza diqqət göstərməyi elə mənim üçün hədiyyədir. Bilirəm ki, əlində pul olanda evinə, ailəsinə xərcləyir. Onun sevgisi, sadiqliyi, gözəl ata olması mənim üçün hər şeyə dəyər. Sevgililər günü bir o qədər də əhəmiyyətli deyil.”

Müğənni Kərim Abbasov açıqlamasında övladının onlar üçün ən böyük hədiyyə olduğunu bildirib: “Nə mən ondan, nə də o məndən hədiyyə gözləyir. Bizdə “bayramdır hədiyyə alaq” kimi bir düşüncə də yoxdur. Ən böyük hədiyyəmiz oğlumuzdur. Ona görə də bizim üçün hər gün sevgililər günüdür.”


Müğənni Günel Ələkbərova da hədiyyə gözləməyən məşhurlar sırasındadır: “Övladım dünyaya gələndən sonra mən yaddan çıxdım. Hədiyyə almağı düşünmürəm və gözləmirəm. Ola bilər birlikdə xoş zaman keçirmək üçün harasa gedək.”

Aktyor Sənan Əlləz isə sorğumuza belə cavab verib: "Sevgilim və mənim üçün hər gün bayramdır. Özəl günə ehtiyac yoxdur. Sıradan gün kimi heç bir şey qeyd etməyəcəm. Mənasızdır, məni həyəcanlandıran başqa şeylər var."


Müğənnidən şad xəbər -“Xoş gəldin ömrümə, oğlum"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR