Hamı fevralın 16-sını GÖZLƏYİR - ​HƏYƏCAN siqnalı verildi

ABŞ-ın kosmik agentliyi NASA bu həftə avtobus böyüklüyündəki bir asteroidin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevral ayının 16-da baş verəcək. NASA-nın 2019 CG5 adlandırdığı bu asteroid təxminən saatda 32 min 300 km sürətlə irəliləyir. Kosmik agentlikdən verilən açıqlamaya görə, asteroid qeyd olunan tarixdə dünyanın 2.2 milyon km məsafəsindən keçəcək.

2.2 milyon km uzaq məsafə kimi görünsə də, əslində bu rəqəm Yer kürəsi ilə ay arasındakı məsafədən 6.5 dəfə böyükdur. Bu da kosmos üçün o qədər də böyük rəqəm hesab olunmur.

NASA bildirir ki, təxminən ildə bir dəfə avtomobil böyüklüyündə bir asteroid atmosferə daxil olur. 2 min ildə bir dəfə isə təxminən futbol meydançası böyüklüyündə bir asteroid atmosferə giriş edir. Hazırda kosmik agentlik tərəfindən izlənilən asteroidlərin heç biri dünyaya ciddi şəkildə təsir edəcək böyüklükdə deyil.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR