Ötən il Bakıda 13 azyaşlı yol qəzasında dünyasını dəyişib

Ötən il Bakıda azyaşlılarla bağlı 50 yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bu hadisələr nəticəsində 13 ölüm, 40 xəsarət baş verib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2 ölüm faktı artıb.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

V.Əsədovun sözlərinə görə, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Yol-nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşma, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma, ötmə, manevretmə və yolayrıcının keçmə qaydalarının pozulması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR