16 yaşlı Mədinənin köməyinizə ehtiyacı var!

Mədinənin 16 yaşı var, ömrünün ən gözəl çağındadır. Ancaq xəstəliklər onun həyatında ciddi problemlər yaradıb. İndi onun mərhəmətli insanların köməyinə ehtiyacı var.

Metbuat.az-ın məlumatına görə, Əliyeva Mədinə Anar qızı 18 sentyabr 2003-cü tarixində anadan olub. Doğulduqdan qısa müddət sonra uşağı səhhətində problem yaranıb və məlum olub ki, onda uşaqda ostemiolit (sümük və sümük iliyində baş verən iltibahi proses) adlanan xəstəlik var. Xəstəlik müalicə nəticəsində qandan təmizlənsə də, bədəninə fəsadsız ötüşməyib, sol qolu və sağ ayağında qısalmalar yaranıb. Mədinə Əliyeva doğulduğu gündən bu günə qədər mütəmadi olaraq müalicə olunub, dəfələrlə əməliyyat keçirib.

Ötən ilin dekabrında isə onun səhhətində problem yaranıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, yeniyetmədə Hepatit C xəstəliyi var. Mədinənin anası deyir ki, illərdir davam edən övladının müalicə və əməliyyatlarına görə, indi onu müalicə etməyə imkanları yoxdur: “Qızımın vəziyyəti gündən-günə ağırlaşır. 15-16 yaşında gənc qızdır, ayağında problemlər var, səhhətində ciddi problemlər var. İstəmirəm ki, daxili orqanlarında da əlavə problem olsun. İnanıram ki, sizlərin dəstəyi ilə Mədinəni bu problemdən xilas edə bilərəm. Balama dəstək olan hər bir şəxsə təşəkkür edirəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR