"Heç vaxt "Real"a qayıtmağı arzulamamışam" -

"Mançester Yunayted"in sabiq çalışdırıcısı Joze Mourinyo Zinəddin Zidanın "Real"ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, o deyib: "Real" yeni baş məşqçisi olmadığım üçün məyus deyiləm. Mən heç vaxt "Real"a qayıtmağı arzulamamışam. Zidanın "Real"ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram".

Qeyd edək ki, "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR