"Burda valideynlərin də böyük günahı var - "Məchul 5"

Metbuat.az-da yeni "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Tanınmış siyasi şərhçi Ceyhun Əhmədlinin suallarını elə onun həmkarı, politoloq Ramiyə Məmmədova cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inanırmı?

- Daglıq Qarabağ münagişəsi artıq 30 ildir davam edir. 20 faiz torpaglarımız erməni işğalcıların əlindədir. 30 ildi verdiyimiz mücadələr cox təssüf ki, istədiyimiz nəticəni vermir. Əlbəttə, burda Azərbaycanın istədiyi öz torpaqlarını azad edib, evlərindən didərgin düşmüş insanları öz doğma yurdlarına gaytarmaqdır, lakin cox təəssüf ki ermənilərə dəstək verən güvvələr dövlətimizə bu istigamətdə hər cür mane olur. Bildiyiniz kimi, gedən son proseslər, yəni, Minsk Qrupunun guya fəaliyyəti, lakin tam fəaliyyətsizliyi və Ermənistanda gedən prosseslərdə, orda baş verən seckilər və hakimiyyətə gələn baş nazir Paşinyanın gördüyümüz qədəri ilə mövzuya hakim olmaması və bu istiqamətdə verdiyi anormal bəyanatlar Daqlığ Qarabağ münagişəsinin həlli yollarının uzanacağını göstərir. Əslində bu münagişənin həllində Ermənistan bizim gədər maraqlı olmalıdı, cünki o ölkənin iqtisadi və siyasi vəziyyəti ona bağlıdı. Ən əsasda Qafqaz reqionunda gedən proseslərdən və layihələrdən uzaq qalan Ermənistanın iqtisadi vəziyyətinin nə qədər cətin olduğunu bilirik, lakin ermənilər öz məkrli əməllərindən əl çəkməməkdə israrlıdırlar və sülh danışıqlarına da həm ermənilər, həm də onlara dəstək cıxan havadarılarını bu münaqişənin uzanmasının tək səbəbkarları adlandırmaq olar.

- Hansı dövlətləri Azərbaycana dost-qardaş hesab etmək olar?

- Türklərin bir yaxşı sözü var, deyir türkün türkdən başqa dostu yoxdur. Və yəqin ki, bu gün də bu belədi, Azərbaycanın nümayəndələrini yüksək kürsülərdən müdafiə edən dövlət Türkiyə dövlətidir. Sonra təbii ki başqa türk milləti olan dövlətlər də bunların icindədir, bu son Astana zirvəsində müşahidə etdiyimiz kimi, ölkəmizə "yalnız deyilsən" deyib dəstək verən Qazaxstan, Qırğızıstan, Özbəkistan və digərləri.

Bu, tək türkcülükdən qələn dəstək deyil təbii ki, burda əlbəttə ki Azərbaycanın və onun siyəsətinin bütün qonşuları ilə həm dostluq, gardaşlıq və həm də balanslı və düzgün istiqamət secərək münasibət qurmasıdır. Təbii ki bizim yaxın qonşularımızın arasında belə desək bizlərə sözdə dəstək verib arxadan iş cevirənlər də var, lakin hər zaman Azərbaycan öz mənafeyini və milli maraqlarını qorumağa, yaxın qonşuları ilə isə isti münasibəti saxlamağa calışır.

- Ölkəmizdə kitab oxumağa niyə maraq azalıb?

- Bu problem tək bizdə mövcud deyil, bu, bütün dünyaya aid bir problemdir əslində, cox təəssüf ki kitablara maraq azalıb, internetin, sosial şəbəkələrin sürətlə inkişafı da bu problemin bir hissəsidir.

Cox təssüf ki indi insanlar internetdə, Google, Youtube və ya Facebookda nələrisə oxuyub oyrənməklə yetərli bilirlər. Götürək dünyadakı məktəbləri və ya universitetləri, uşaglara inşa yazmağı tapşırır müəllim, uşaq nə edir, internetdə tapır, kopya edir, sonra o inşanı təgdim edir və ya universitetdə öz praktikamdan deyirəm, tələbəyə mövzu verirsən işləməsi ücün, o, Goggle-dan gedir mövzuya uygun nə tapırsa kopya edib gətirib stola goyur, rahat, əziyyətsiz, baş yormadan, yəni, heç bir yeni şey öyrənmədən. Kitab oxumaq mədəniyyəti ailədən gələn bir tərbiyyədir, burda valideynlərin də böyük günahı var. İndiki insanlar kitab oxumağın faydasının nə oldugunu itiriblər. Lakin kitab oxumaq insana bir başga dünyalar açır,bu, bir mədəniyyətdir, onu oxumag, səhfələri bir-bir cevirmək belə başga bir hissdir mənim ücün, mən şəxsən internet üzərindən oxunan kitabı sevmirəm.

- Ən sevdiyi filmlər hansılardır?

- Ümumiyyətlə, film fəvəskarıyam, film izləməyi lə cox sevirəm. Mən bizim köhnə Azərbaycan filmlərini də cox sevirəm, Qaynana, Yol Əhvalatı, Arşın mal Alan , Tütək, Axrıncı aşırım ən sevdiyim filmlərdir, xarici filmlərdən Cəsur ürək, Rozenbaum ailəsi və s.

Buna da bax!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI