"Ötən il 161 ədəd müxtəlif silah və ləvazimatlarının keçirilməsi faktı aşkar edilib" - Güloğlan Muradlı

"2018-ci ildə gömrük orqanlarının araşdırması nəticəsində 1.236.655 ədəd siqaret və 1612 litr spirtli içkinin qaçaqmalçılıq yolu ilə keçirilməsi faktı aşkarlanaraq götürülüb".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirilən Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti ilə bağlı məlumat verən Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin birinci müavini Güloğlan Muradlı bildirib.

G.Muradlı deyir ki, bundan əlavə 1490.000 ədəd aksiz markası, 161 ədəd müxtəlif silah, 1109 ədəd patronlar, sursat və ləvazimatlarının keçirilməsi faktı aşkar edilib:

"Valyutaya gəldikdə isə - 1.189.549 ABŞ dolları, 310.207 avro, 209.998 AZN manat, 49.997.839 rus rublu aşkarlanıb. Qaçaqmalçılıq predmetləri içərisində 350.383 manatlıq qızıl, 2945 manat dəyərində daş-qaş, 45 ədəd mədəni sərvət, 168 ədəd silah, 10.292 ədəd patron və sursat, 7.358.635 ədəd pirotexniki vasitə, 6473 ədəd mobil telefon və 46.731 ədəd kontrofakt mallar aşkarlanaraq götürülüb".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR