"Azərbaycanda beynəlxalq narkotiklərlə mübarizə ilə bağlı böyük konfrans keçiriləcək"

"Gələn ay Azərbaycanda beynəlxalq narkotiklərlə mübarizə ilə bağlı böyük konfrans keçiriləcək".

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı bildirib.

Onun sözlərinə görə, aprelin 15-dən 17-dək davam edəcək konfrans beynəlxalq narkotiklərlə mübarizə ilə bağlı sayca 36-cı konfrans olacaq:

"Tədbirdə Dövlət Gömrük Komitəsi təşkilatçı olmaqla Azərbaycan və Amerikanın Narkotiklərlə Mübarizə Administrasiyanın təşkilatçılığı ilə keçiriləcək. Konfransda dünyanın 130 ölkəsindən narkotiklərlə mübarizə aparan nümayəndələr toplaşacaq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR