Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 40 nəfər ölüb, 48 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR