Ronaldunun oyundan əvvəlki "WhatsApp" mesajı üzə çıxdı: "Onları əzəcəyik" - FOTO

Ronaldunun oyundan əvvəlki "WhatsApp" mesajı üzə çıxdı: "Onları əzəcəyik" - FOTO
12:37 15 Mart 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Atletiko"ya 3 qol vuran "Yuventus"un futbolçusu Kriştianu Ronaldunun oyundan 5 gün əvvəl Patrik Evraya yazdığı "WhatsApp" mesajı yayımlanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mesajı Evra yayımlayıb. Fransalı veteran futbolçu "WhatsApp"da Ronaldoya "Qardaşım Çempionlar Liqasına dönməyini səbirsizliklə gözləyirəm. Səndən heç vaxt şübhələnməmişəm. "Yuventus"un yeniləcəyini deyən insanlar məni öldürür" yazıb.

Ronaldunun ona cavabı isə belə olub: "Bilirəm. Turu biz keçəcəyik qardaşım. Evimizdə onları əzəcəyik".

Qeyd edək ki, ilk oyunda "Atletiko"ya 0:2 hesabı ilə yenilən "Yuventus" cavab matçında 3 cavabsız qolla qalib gələrək 1/4 finala çıxıb. Hər 3 qola Ronaldu imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR