Əfv olunmuş Nigeriya vətəndaşı

Bu gün əfv edilmiş və azadlığa buraxılmış Nigeriya vətəndaşı Obu Onyedike Mozes buna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, O.Mozes bildirib: "Mən gözləyirdim ki, Prezident İlham Əliyev belə qərar qəbul edəcək, çünki o, humanistdir. Mən həbsxanada dörd il keçirdim və indi mən azadam. Mən Azərbaycan hökumətinə təşəkkür edirəm. Mən Azərbaycan vətəndaşlarına təşəkür edirəm. Mən həmişə Azərbaycan, Azərbaycan Prezidenti, Heydər Əliyev Fondu üçün dua edəcəyəm".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR