Misirdə sabah tarixi səsvermə keçiriləcək – Sisinin taleyi müəyyənləşəcək

Misir prezidenti Əbdül Fəttah əs-Sisinin 2030-cu ilə qədər vəzifədə qalmasına səbəb olacaq konstitusiya dəyişikliyi təklifi üçün parlamentdə yekun səsvermə sabah keçiriləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin dövlət qəzeti “Əl-Ahram”ın məlumatında bildirilir ki, prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə qədər artırılmasını nəzərdə tutan konstitusiya dəyişikliyi təklifi Konstitusiya Komissiyasında qəbul edilib. Təklifin sabah parlamentdə səsverməyə çıxarılması gözlənilir.

Təklifdə 2014-cü ildən 2018-ci ilə qədər olar dövr keçid dövrü kimi qəbul edilir. Bu səbəbdən də Sisinin birinci dövr prezidentliyi 2018-ci ildə başlamış sayılacaq. Dəyişikliyə görə, birinci prezidentlik dövrü 2024-cü ildə bitəcək Sisi, 6 illik yeni dövr prezidentlik üçün ikinci dəfə namizəd ola biləcək və 2030-cu ilə qədər prezident qala biləcək. Yeni təklifdə prezidentlik müddəti iki dövrlə məhdudlaşdırılır. Parlamentin təsdiqindən sonratəklif referenduma təqdim edilməlidir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR