Elnur Kələntərov Yanniyə irad bildirdi - FOTOLAR

Tanınmış jurnalist Elnur Kələntərov Yunan bəstəkarı Yanninin Azərbaycanın musiqi alətini 3000 il tarixi olan erməni tütəyi kimi təqdim etməsinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb. O, tütəyin əsl tarixini yunan bəstəkarın diqqətinə çatdırıb:

"Cənab Yanni, sənətinizə, peşəkar fəaliyyətinizə dərin ehtiramımı bildirərək nəzərinizə bir faktı çatdırmaq istəyirəm. Konsertlərinizdə nəfəsli musiqi alətini 3 min il tarixə malik qədim erməni musiqi aləti bəyan etməyiniz Azərbaycanın milli musiqi alətləri haqqında sizdə düzgün informasiya olmamasından və ya sizə düzgün məlumat verilməməsindən irəli gəlir. Duduk adlandırdığınız o nəfəs aləti daha qədim zamanlardan Azərbaycanın milli musiqi aləti və Qafqaz regionunda geniş yayılmış olan Tütəkdir. Burada ətraflı məlumat yazıb dəyərli vaxtınızı almaq istəməzdim. Sadəcə bildirmək istəyirəm ki, 50 milyonluq Azərbaycan xalqının tarixi musiqi alətini dünyaya erməni musiqi aləti kimi tanıtmağınıza təəssüf edirəm. Aşağıdakı linkdə bizim alətlər haqqında təsdiq olunmuş geniş məlumat var. Fürsətdən istifadə edərək Sizi Azərbaycana qonaq dəvət edirəm. Səfəriniz çərçivəsində həm bizim milli musiqimiz, milli mətbəximizlə yaxından tanış ola biləcək, həm istirahət edəcək, həm də Azərbaycanı daha yaxından tanıya biləcəksizniz. Ən əsası da odur ki, Azərbaycan səfərindən sonra sizi heç kim yalnış informasiyalarla aldada bilməyəcək. Diqqətiniz üşün təşəkkür edirəm

https://en.wikipedia.org/wiki/Azerbaijani_musical_...

--

Hörmətlə,

Elnur Kələntərov"

* Yunan bəstəkarı da Elnur Kələntərovun fikirlərinə münasibət bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR