Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub

Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub
03:12 16 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Turin şəhərində Hollandiyanın "Ayaks" klubunun 54 azarkeşi saxlanılıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, onların üzərində silah olub.
Məlumata görə, fanatların şəhər kənarında saxlanılan avtobuslarında zirehli əlcəklər, dəyənəklər, müxtəlif fişənglər və tüstü şaşkaları aşkar edilib.
Aprelin 16-da Çempionlar Liqasının ¼ finalının Turində yerli "Yuventus"a qarşı keçiriləcək cavab oyununda (İlk oyun - 1:1) komandalarını dəstəkləməyə gələn fanatlar ölkələrinə deportasiya ediləcəklər.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turinde-uzerinde-silah-olan-54-ayaks-azarkesi-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR