Ukrayna sərhədləri gücləndirir: 5 gün sonra...

Ukrayna sərhədləri gücləndirir: 5 gün sonra...
03:18 16 Aprel 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər daha da gücləndirilir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı xəbərə istinadla məlumat verir.

Məlumata görə, hazırda sutka ərzində təxminən 6 min sərhədçi Ukrayna sərhədlərini qoruyur. Seçki ərəfəsində sərhədlərə daha 1300 nəfər əlavə qüvvə yerləşdiriləcək. Məqsəd Ukraynada təxribatların, qanunsuz silah-sursat daşınmasının, terrorun qarşısını almaqdır.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Prezidentlik uğrunda Vladimir Zelenski və Petro Poroşenko mübarizə aparacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/275742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR