Notr-Dam nümayəndəsi: "Kilsədəki tarixi əşyaları xilas etmək mümkün olub"

Notr-Dam nümayəndəsi: "Kilsədəki tarixi əşyaları xilas etmək mümkün olub"
04:02 16 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Kilsədə saxlanılan tarixi əşyaları xilas etmək mümkün olub".
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu sözləri Notr-Dam kilsəsinin əməkdaşı D.Olivye jurnalistlərə açıqlamasında deyib.
O, katedralın strukturunun qorunub saxlanıldığını bildirib.
Bundan əlavə, "Figaro" qəzeti yazır ki, Müqəddəs Məryəm Ana katedralını bəzəyən 16 heykəl ötən həftə bərpa işləri çərçivəsində kilsədən çıxarılıb.
Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb. Əraziyə 400-ə yaxın yanğınsöndürən cəlb olunsa da, alovun qarşısını almaq hələ də, mümkün olmayıb.
Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.
Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/notr-dam-numayendesi-kilsedeki-tarixi-esyalari-xilas-etmek-mumkun-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR