Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanılıb

Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, bir müddət öncə isə Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi.

Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR