Ürək-damar sisteminin işini yaxşılaşdırmağın yeni yolu tapıldı

Yoqa ilə müntəzəm məşğul olmaq arterial təzyiqi aşağı salmağa, ürək-damar sisteminin işini yaxşılaşdırmağa kömək edir.

Metbuat.az-ın məlumatına görə, bu qənaətə ABŞ-ın Emori Universitetinin mütəxəssisləri gəlib.

Qeyd olunur ki, yoqa xolesterin səviyyəsini və bədən kütləsi indeksini azaltmaq istəyənlər, eləcə də stresslə mübarizə aparanlar üçün uyğundur.

Mütəxəssislərin fikrincə, narahatlıqlar və depressiyalar yüksək ürək və damar xəstəlikləri riski ilə əlaqədardır. Xroniki stress arterial təzyiqin artmasına və iltihaba gətirib çıxara bilər.

Öz növbəsində yoqa dərin nəfəsalma və sərbəstləşmə yolu ilə psixoloji və əsəb gərginliklərindən xilas olmağa imkan verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR