Salah "Liverpul"dan gedir?

Məhəmməd Salahın vəkili Rami Abbas misirli futbolçunun "Liverpul"dan ayrılacağı ilə bağlı "AS" nəşrinin yaydığı xəbərə münasibət bildirib.

Metbuat.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, yazılanları təkzib edən R. Abbas Salahın "Liverpul"da qalacağını qeyd edib. Vəkil şəxsi "Tvitter" hesabında "Görünür, "AS" yenə yalan məlumat yayıb" - deyə yazıb.

Qeyd edək ki, "AS" nəşrinin xəbərində Salahın "Liverpul"un baş məşqçisi Yurgen Kloppla münasibətlərinin korlandığı, buna görə futbolçunun komandadan getmək istədiyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR