Yüz illər sonra tapıldı, üzərində kişi və qadın...- FOTOLAR

Türkiyənin Adıyaman şəhərinin Kahta rayonunda 8 tonluq qaya üzərində Roma dövrünə aid ayrılığı əks etdirən fiqur tapılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, qeyri-adi parçanı tapan şəxslər dərhal Adıyaman Müzey Müdirliyinə xəbər veriblər.

Araşdırma nəticəsində məlum olub ki, qaya üzərində Roma dövrünə aid həyat yoldaşı ölən bir kişinin vida səhnəsi əks olunub.

Ərazidə araşdırma aparan Muzeyn müdiri Mehmet Alkan deyib ki, daşın üzərindəki fiqurların geyimləri onun Roma dövrünə aid olduğunu sübut edir. Yük maşını və qaldırıcının köməyilə qaya Adıyaman Muzeyniə təhvil verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR