ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırdı

ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırdı
02:03 16 May 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın nəqliyyat naziri Eleyn Çao bildirib.

Onun sözlərinə görə, ölkə administrasiyası mövcud təhlükə ilə əlaqədar Venesuela ilə hava nəqliyyatını müvəqqəti dayandırır.

"Daxili Təhlükəsizlik Nazirliyi bu nəticəyə gəlib ki, Venesuelanı tərk edən və bu ölkəyə uçan təyyarələrin, sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyinə təhdidin mövcud olması ABŞ və Venesuela arasında mülki aviasiya üzrə bütün reyslərin təcili dayandırılmasını tələb edir", - Eleyn Çao qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/278866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR