"Heç vaxt ölməyən insanlar var" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz tanınmış jurnalist Günay Ardadır.

***

- Niyə varsan?

- Doğulmaq, var olmaq özü bir şansdır.

- Niyə yox olacaqsan?

- Kimsə yox olmur. Hamıdan nəsə iz qalır.


- Niyə yazırsan?

- Həyatımın bir hissəsidir.


- Yaşamaq nədir?

- Yaşamaq-hamıya verilən şansdır. Necə yaşamaq isə bacarıqdır,incəsənətdir.


- Ölüm nədir?

- Ölüm, fiziki olaraq insan üçün zamanın dayanmasıdır. Heç vaxt ölməyən insanlar var.

- Ədalət nədir?

- Ədalət-haqqı olanı haqlıya verməkdir. Başqalarının haqqını tanımaqdır.

- Azadlıq nədir?

- Azadlıq-istəmədiyini etməməkdir.

- Yaradıcılıq nədir?

- Yaradıcılıq-sonu olmayan, davamlı hərəkət halında olan canlıdır.


- İnsan kimdir?

- İnsan-dünyayla, özüylə çarpışan, bəzən razılaşan, bəzən razılaşmayan, dünyanın tarixin gedişatını dəyişən, yaranmışların alisidir.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI