DQİDK Lənkəranda tədbir keçirib / FOTOLAR

Mayın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Murtuza Cəfərov çıxışında keçirilən tədbirlərin şagirdlərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışlarında 1918-ci il Mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli yeri və rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının vacibliyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR