"Mançester Yunayted"dən 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq

"Mançester Yunayted"dən 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq
13:22 12 İyun 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" "Kristal Pelas"ın 21 yaşlı futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar", "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Aaron Van-Bissakanı heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisi "Tottenhem"in də maraq dairəsində olduğu deyilən futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

"Kristal Pelas"ın isə ingiltərəli futbolçunu 60 milyon funt-sterlinqdən az məbləğə satmaq istəmədiyi bildirilir.

"Kristal Pelas"ın yetirməsi olan Van-Bissaka, 2017-ci ildən əsas komandada çıxış edir. O, bu mövsüm iştirak etdiyi 39 oyunda 4 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR