Dəhşət! 5 uşağını öldürən həyat yoldaşının edam qərarına etiraz etdi

Amerikada yaşayan bir ana yaşları 1 ilə 8 arasında dəyişən 5 uşağını öldürən köhnə həyat yoldaşının edam cəzasına etiraz edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 37 yaşlı Amber Kyzerin həyat yoldaşı Tim Cones may ayında 5 il əvvəl törətdiyi cinayətlərə görə saxlanılıb.

Məhkəmə qeydlərinə görə, 2004-cü ildə evlənən cütlük 9 il sonra boşanıb. Uşaqların himayəsi komputer mühəndisi işləyən ataya verilib.

Məhkəmədəki ifadəsinə görə Cones 2014-cü ilin avqust ayında 6 yaşlı oğlunun elektrik cərəyanı ilə oynadığını gördükdə əsəblərinə hakim ola bilməyib və uşağı boğaraq öldürüb. Daha sonra digər uşaqlarını da bir-bir boğaraq öldürən ata cəsədləri torbalara yığaraq 9 gün avtomobilində gəzdirib, daha sonra isə Alabamada bir yerə atıb. Missisipidə nəzarət zamanı avtomobildən gələn qoxulardan şübhələnən polis Conesu yaxalayıb.

Məhkəmə zamanı Cones əqli sağlamlığının yerində olmadığını bildirib.

Cənubi Karolinada baş tutan məhkəmədə Amber Kyzer isə edam qərarı vermək istəyən məhkəmə heyətinə “o, uşaqlarıma mərhəmət göstərmədi. Amma uşaqlarım onu çox sevdi” deyərək edam qərarına etiraz edib.

https://metbuat.az/news/1206214/genc-fenomen-etdiyi-paylasimla-5-deqiqede-dunyani.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR