Məzar daşını görənlər eyni sualı verdi: Tarkan ölüb?

Türkiyənin Antalya şəhərində 12 ildir məzar daşı işi ilə məşğul olan Mehmet Çetin iş yerinin qarşısında öz məzarını hazırlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Çetinin adı, soyadı və telefon nömrəsi yazılmış məzar yoldan keçəblərin marağına səbəb olub. Reklam məqsədilə öz məzarını hazırlayan Çetin qəbrin yanında da müğənni Tarkanın fotosu olan məzar daşı hazırlayıb.

Çetin Tarkana olan sevgisini ölümsüzləşdirmək üçün bu addımı atdığını bildirib. O, iş yerinə gələn insanların təəccüblənərək “Tarkan öldü?” deyə soruşduqlarını deyib.




https://metbuat.az/news/1206214/genc-fenomen-etdiyi-paylasimla-5-deqiqede-dunyani.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR