Yasamalda yaşayış binasında yanğın olub - YENİLƏNİB

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb.

Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

19:50

Yasamalda yaşayış binasında yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR