Hindistanda qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su tapılıb

"Hindistan hərbi hava qüvvələrinə məxsus qəzaya uğramış An-32 təyyarəsinin "qara qutu"su tapılıb".

Metbuat.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin hərbi hava qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, "qara qutu"dakı məlumatlar öyrənildikdən sonra təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri məlum olacaq.

Hazırda qəza yerində böyük ehtimalla ölmüş ekipaj üzvlərinin və sərnişinlərin cəsədlərinin tapılması istiqamətində iş davam etdirilir. Çətin relyef və pis hava səbəbindən axtarış işləri ləng gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR