Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

Metbuat.az-ın Trendə istinadən verdiyi məlumata görə, bu barədə Berlin şəhər polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Mitte rayonunda aşkar edilən İkinci dünya müharibəsinə aid bomba bu gün zərərsizləşdirilməlidir. Hazırda polis əməkdaşları lazımi hazırlıqla məşğuldurlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR