2 yaşlı uşaq dənizdə boğuldu - Bilgəh çimərliyində olay

Bakıda azyaşlı uşaq dənizdə boğulub.

Metbuat.az xəbər verir ki, hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR