ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək

ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək
14:05 26 İyun 2019
122 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 2020-ci ildə keçiriləcək seçkilərə Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk televiziya debatları çərşənbə və cümə axşamı Mayamidə baş tutacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, teledebatlar NBC, MSNBC və Telemundo telekanallarında, eləcə də sosial şəbəkələrdə canlı yayımlanacaq.

Demokrat Partiyasının Milli Komitəsi bu müzakirəyə yalnız üç namizədin qatılmasına icazə verib.

Bildirilir ki, debatlar iki mərhələdən ibarət olacaq və Mayami mədəniyyət mərkəzlərindən birində keçiriləcək. Müzakirələr yerli vaxtla saat 21:00-da başlayacaq və iki saat davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/766141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR