Yunanıstanda şiddətli fırtına baş verdi: 6 ölü, 108 yaralı + FOTOLAR

Yunanıstan Halkidikidə hökm sürən şiddətli dolu və fırtına səbəbilə 2-si uşaq olmaqla 6 turistin həyatını itirdiyi bildirilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Yunanıstanın dövlət televiziyası “ERT”-nin verdiyi məlumata görə, ölkənin şimalını vuran və xüsusilə turizm bölgəsi Halkidikidə hökm sürən fırtına insan və mal itkisinə səbəb olub.

Selanik yaxınlığında baş verən fırtınada 2-si uşaq uşaq olmaqla 6 nəfər həyatını itirib. Ölənlərin hamısının Çexiya, Ruminiya və Rusiyadan gələn turistlər olduğu bildirilib. Digər tərəfdən 4-ü ağır olmaqla 108 nəfərin də yaralı olduğu deyilib.

Bölgədə fövqəladə hal elan edilərək təhlükəsizlik tədbirləri görülüb.



https://metbuat.az/news/1221099/dunyanin-en-qeyri-adi-festivali.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR