Dəhşət! Fil evə girərək 7 yaşlı uşağı öldürdü

Hindistanın Odisha əyalətində yerləşən Mundahasi kəndində bir fil evin divarlarını qıraraq evə girib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, divarı yıxılmış otaqda olan üç qardaşdan ikisi ağır yaralanıb. Otaqda yatan digər 7 yaşlı Sindi Mundayı isə fil xortumu ilə kənara çəkib və ayağının altında əzərək öldürüb.

Filin evə girmək üçün yıxdığı divar digər qardaşların üzərinə yıxılıb. Xəstəxanaya yerləşdirilən qardaşların vəziyyətinin ağır olduğu bildirilib.

Eyni bölgədə keçən aprel ayında bir fil eyni gecədə 3 nəfərlik ailəni öldürdükdən sonra iki nəfəri də öldürmüşdü.

https://metbuat.az/news/1222928/yunanistanda-siddetli-firtina-bas-verdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR