Ağabala Ramazanov: "Bir-birimizi aldatmayaq

Ağabala Ramazanov: "Bir-birimizi aldatmayaq
05:07 12 İyul 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

"Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir".
"Report"un məlumatına görə, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov evdə Rumıniya "Universitatya"sına 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. "Dubl" müəllifi olan hücumçu bildirib ki, səfər oyunu daha ağır keçəcək: "Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq. Ən azı, yaxşı mübarizə apararaq, nəticə qazanmağa çalışacağıq".
Ramazanov komanda yoldaşlarının istəksiz çıxış etmələri fikrinə belə reaksiya verib: "Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki, hər qarşılaşmada mübarizə aparım".
Qeyd edək ki, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/agabala-ramazanov-bir-birimizi-aldatmayaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR