"İnklərin itirilmiş şəhəri" - VİDEO

Peruda And dağlarının zirvəsində yerləşən Maçu Piçu (Machu Pıcchu) adlı şəhər dünyanın ən çox ziyarət edilən yerlərindən biri olmaqla yanaşı, həm də haqqında ən çox araşdırmalar aparılan yerlərdəndir.

Metbuat.az xəbər verir ki, 1911-ci ildə amerikalı tarixçi tərəfindən təsadüfən tapılan qədim şəhər And dağlarının zirvəsində, Urubamba vadisi üzərində 2.450 m yüksəklikdə tikilib. Şəhərin hansı məqsədlə bu qədər yüksəklikdə tikilməsi isə naməlumdur.

Hər gün təxminən 2 min insan Maçu Piçunu ziyarət edir. Turist axınına baxmayaraq, şəhərin bəzi yerlərində qazıntılar və araşdırmalar davam edir. Ayrı-ayrı əraziləri 200-dən çox daş nərdivanla bir-bir ilə bağlı olmuş şəhər bu gün də normal vəziyyətdədir.

Araşdırmalar zamanı məlum olub ki, sakinləri bu füsunkar yaşayış məskənini 1530-cu ildə tərk ediblər. Amma bunun səbəbi indiyədək bəlli deyil. Qədim kilsəsi, fəvvarəsi, kiçik hovuzları, qəribə mehrabları olan, sakinlərinin mükəmməl əmək alətlərindən istifadə etmədiyi şəhərdə bu cür əzəmətli daş tikililərinin necə inşa edildiyi sirr olaraq qalır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR