“Bizim üçün Afrin nədirsə, Egey dənizi və Kiprdəki haqlarımız da odur” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında sərt açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə, Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “Əsgərlərimiz sərhədlərimiz boyu və sərhədlərimizin xaricindədir. Polis və təhlükəsizlik qüvvələrimiz mübarizə apardığı vaxt, Məclisimiz də öz gündəmindən əsla ayrılmadan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Əvvəlcə “Zeytun Budağı” əməliyyatında, “Fərat Qalxanı” hərəkatında, sərhədlərimiz xaricindəki əməliyyatlarda iştirak edən bütün təhlükəsizlik qüvvələrimizə uğurlar arzulayıram.

Elə güman edilməsin ki, Kiprdə təbii qaz axtarışı və Egeydəki qayalıqlarla bağlı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kiprdə və Egey dənizində həddini aşanları səhv hesab aparmamaqları üçün xəbərdarlıq edirik. Onların da hesabını pozarıq və pozacağıq. Strateji tərəfdaşımız, müttəfiqimiz YPG-yə ciddi mənada maddi dəstək, silah köməkliyi etməkdən əlavə, bəzi qərarlar verir. Bu qərarlar isə bizim aldığımız qərarlara da təsir göstərəcək. Bunu yaxşı bilmək lazımdır ki, Türkiyə çadır dövləti deyil.

Bir ölərik, min dirilərik, bu belə bilinməlidir. Kiprdə açıq fəaliyyət göstərən şirkətlərə Rum tərəfinə güvənərək hədlərini və işlərini aşan məsələlərə alət olmamaqlarını tövsiyə edirəm. Bunların özlərindən razılığı bizim qoşunlarımızı, gəmilərimizi, təyyarələrimizi görənə qədərdir. Belə qeyri-ciddi və uşaq kimi atılan addımlar heç bir nəticə verməyəcək, eyni zamanda bununla cinayətkarlarını kiçildir və səviyyəsiz hala gətirirlər. Türkiyə beynəlxalq hüquqlarının sonuna qədər təqibçisidir. Bizim üçün Afrin nədirsə, Egey dənizi və Kiprdəki haqlarımız da odur”.


Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR