Play Store

Azərbaycan Banklar Assosiasiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Azərbaycan Banklar Assosiasiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib
12:22 14 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sektorunda çalışan 16 min nəfərin adından hazırki prezident İlham Əliyev növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyir.
“Report” xəbər verir ki, bunu ABA-nın sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 il ərzində iqtisadiyyatda, o cümlədən bank sektorunda ciddi artım baş verib. Xüsusilə son 2-3 il ərzində dünya bazarında neftin qiymətinin azalması nəticəsində bank sektoruna dəymiş ziyan dövlət dəstəyi nəticəsindən aradan qaldırılıb, milli valyutanın məzənnəsi sabitləşdirilib, qiymət artımı nəzarət altına alınıb, Maliyyə Sabitliyi Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İpoteka və Kredit Zəmanət Fondu, ilk özəl kredit bürosu kimi qurumlar yaradılıb.
“Növbəti prezident seçkilərində İ.Əliyevə uğurlar arzu edirik”, - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklar-assosiasiyasi-i-lham-eliyevin-prezidentliye-namizedliyini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR