Play Store

Yaponiyalı baş nazir ABŞ-ı məyus etdi

ABŞ Yaponiyanın razılığı olmadan bu ölkədə hərbi baza yarada bilməz.

Metbuat.az-ın məlumatına görə, Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, Vaşinqtonla qarşılıqlı təhlükəsizliyə dair anlaşmada 6-cı maddə var. Orada qeyd olunub ki, amerikalılar Yaponiyada hərbi baza qurmaq istəyirsə, mütləq Tokionun razılığını almalıdır.

Qeyd edək ki, ABŞ-ın hərbi obyektlərini yerləşdirmək istədiyi ərazilər arasında Rusiyanın nəzarətində olan mübahisəli Kuril adaları da var. Vaşinqton adaların qaytarılmasıyla bağlı Rusiya ilə Yaponiya arasında danışıqların başa çatmasını gözləyir. Lakin Abe əlavə edib ki, ABŞ-ın bu istəyi sözügedən danışıqlara da zərbə vura bilər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR