Play Store

Ronaldunun dublu "Real"a PSJ üzərində qələbə qazandırıb, "Liverpul" "Portu"ya 5 qol vurub

Ronaldunun dublu "Real"a PSJ üzərində qələbə qazandırıb, "Liverpul" "Portu"ya 5 qol vurub
01:57 15 Fevral 2018
186 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
“Report” xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” "Santyaqo Bernabeu" stadionunda favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş Ronaldunun dublu sayəsində 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
Cavab qarşılaşması martın 6-da Parisin "Park de Prens" stadionunda keçiriləcək.
Digər qarşılaşma Portuqaliyanın "Draqau" stadionunda baş tutub. Burada "Liverpul"u qəbul edən yerli "Portu" klubu böyükhesablı məğlubiyyətlə üzləşib.
Qonaqların heyətində mane het-trikə imza atıb.
Komandalar arasında cavab qarşılaşması martın 6-da "Liverpul"un "Enfild" stadionunda keçiriləcək.
Çempionlar Liqası. 1/8 final. 1-ci matçlar
"Real" – PSJ - 3:1
Qollar: 0:1 – Rabio – 33, 1:1 – Ronaldu – 45 (pen), 2:1 – Ronaldu – 83, 3:1 – Marselo – 86

"Portu" – "Liverpul" - 0:5

Qollar: 0:1 – Mane – 25, 0:2 – Salah – 29, 0:3 – Mane – 53, 0:4 – Firmino – 69, 0:5 – Mane – 85


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ronaldunun-dublu-real-a-psj-uzerinde-qelebe-qazandirib-liverpul-portu-ya-5-qol-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR